RU

Tramp Ermənistan-Azərbaycan münaqişəsini bitirdi, amma... - “Associated Press”

BAKI, 10 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Tailand və Kamboca, Ruanda və Konqo Demokratik Respublikası arasında əldə edilmiş sülh razılaşmaları bu bölgələrdə artan münaqişələr fonunda təhlükə altındadır .

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Tailand və Kamboca arasında döyüşlər birgə bəyannamənin imzalanmasından iki ay keçməmiş yenidən başlayıb, razılaşmadan bir neçə gün sonra isı Ruanda ilə Konqo arasında münaqişə yenidən alovlanıb. ABŞ Prezident Administrasiyasının adının çəkilməsini istəməyən rəsmisi agentliyə deyib ki, Donald Tramp hər iki münaqişə tərəflərindən zorakılığa son qoymaq üçün öhdəliklərini yerinə yetirəcəklərini gözləyir.

“Tramp münaqişələrin sona çatmasında uğurunun sübutu kimi bu ikisi də daxil olmaqla, dəfələrlə 7-8 müharibəyə son qoyduğunu bəyan edib. Amma buna baxmayaraq, başqa bir qarşıdurmanı - Qəzzada İsrail-HƏMAS müharibəsini bitirmək üçün beynəlxalq səviyyədə təsdiqlənmiş plan da hələ yekunlaşmamış və qeyri-müəyyən vəziyyətdədir.

Amerika liderinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq cəhdləri də indiyədək uğursuz olub. Trampın iştirak etdiyi və uğur qazandığı iddia edilən digər sövdələşmələrə Hindistan-Pakistan, Ermənistan-Azərbaycan, İsrail-İran, Kosovo-Serbiya və Misir-Efiopiya münaqişələrinin həlli daxildir”, - AP vurğulayıb.

Избранный
14
1
teleqraf.com

2Источники