RU

Melikyan: İtkin düşmüş ermənilərlə bağlı Bakı “iradəsizlik” nümayiş etdirir – ÖZƏL

Dağlıq Qarabağ münaqişəsi nəticəsində təxminən 1300 erməni hələ də itkin düşmüş şəxs sayılır və onların taleyi naməlum qalır. 

Olaylar.az xəbər verir ki, bu barədə dekabrın 10-da, Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən mətbuat konfransında "Sərhədsiz Hüquqların Müdafiəsi" QHT-nin nümayəndəsi Anna Melikyan məlumat verib.
Melikyan vurğulayıb ki, guya Azərbaycan, xüsusilə 2023-cü ildən sonra nəzarətinə keçən ərazilərdə axtarış işlərinin aparılması və araşdırmaların imkanlarını məhdudlaşdırır. O, həmçinin Dağlıq Qarabağda və onun ətrafında aktiv tikinti işlərinin getdiyini qeyd edib.

QHT nümayəndəsi bildirib ki, Azərbaycan hakimiyyəti tapılan hər cəsədi "Xocalı qurbanı" elan edir, halbuki DNT ekspertizası aparılmalı və şəxsiyyəti müəyyən edilməlidir.(?)
"Azərbaycan talelərin müəyyən edilməsinə dair iradəsinin olmadığını açıq şəkildə nümayiş etdirir. Hətta şəxsin Azərbaycan tərəfində olması və ya əsir düşməsi barədə sübutlar olsa belə, bu ölkənin hakimiyyəti həmin şəxslərin onların yanında olduğunu inkar edir," - Melikyan qeyd edib.

Eyni problemin BMT-nin İşçi Qrupuna müraciət edildikdə də yarandığını bildirən Melikyan, onlarla şəxs haqqında məlumat verilməsinə baxmayaraq, Bakıdan gələn cavabın "məlumatları yoxdur və deyəcək bir şeyləri yoxdur" olduğunu söyləyib. O, bir şəxs əsir düşəndə məsuliyyətin dövlətin üzərinə düşdüyünü və dövlətin əsir götürən hərbçidən məlumat olmamasına istinad edərək əlaqəsi yoxmuş kimi davranmasının yolverilməz olduğunu xatırladıb.
Melikyan Ermənistanda (ER) insanların taleyini aydınlaşdırmağa çalışan cinayət işlərinin olduğunu, lakin onların imkanlarının məhdud olduğunu təsdiqləyib. Bu baxımdan beynəlxalq təşkilatların vasitəçilik rolu çox vacibdir. 

Melikyan vurğulayıb ki, işi aktivləşdirmək, sülh müqaviləsinin imzalanmasını gözləməmək lazımdır, çünki hər gün onların əleyhinə işləyir, sübutlar itirilir və həmvətənlərinin taleyini aydınlaşdırmaq imkanları azalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
66
olaylar.az

1Источники