RU

Yeni Əmək Məcəlləsinin qəbulu astanasındayıq - Komitə sədri 

 “Əmək Məcəlləsinə son illərin ən böyük dəyişikliyi nəzərdə tutulur və məcəlləyə, eyni zamanda digər 16 qanuna 457 dəyişiklik ediləcək. Yeni bir Əmək Məcəlləsinin işlənib hazırlanmasının və qəbul olunmasının astanasındayıq".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sədrlik etdiyi komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri deyib ki, bu dəyişikliklərin ciddi səbəbləri və əsasları var. “Bunlar ölkədə elektron hökumətin qurulması, Süni İntellektin əmək və sosial münasibətləri təsiri, Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinin qanunvericilikdə əksini tapması, həmçinin normativ-hüquqi aktların eyni standarta gətirilməsi ilə bağlıdır”, - o qeyd edib.

O əlavə edib ki, Əmək Məcəlləsinə yeni anlayışların daxil edilməsi də nəzərdə tutulub.

Mürtəza
 

Избранный
35
olke.az

1Источники