RU

Papa Trampı tənqid edib: “Təəssüf ki...”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Müşahidə etdiyim bəzi hadisələr uzun illərdir Avropa ilə ABŞ arasında həqiqi ittifaqı kökündən dəyişdirir”

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampı ABŞ-Avropa ittifaqını “məhv etmək cəhdinə” görə tənqid edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

O Ağ Ev rəhbərinin Avropanın tənəzzülə uğraması və “zəif” liderlərinin olması ilə bağlı son açıqlamalarını şərh edərkən Trampı tənqid edib.

Bir jurnalistin ABŞ-ın Ukrayna ilə bağlı sülh planını ədalətli hesab edib-etmədiyini soruşduqda, pontifik “bu məsələni şərh etməməyi üstün tutacağını” deyib.

"İnanıram ki, müşahidə etdiyim bəzi hadisələr uzun illərdir Avropa ilə ABŞ arasında həqiqi ittifaqı kökündən dəyişdirir. Son müsahibələrdə Avropa haqqında eşidilən şərhlər, inanıram ki, bu gün və gələcəkdə çox mühüm ittifaqı məhv etmək cəhdidir", - Papa bildirib.

O əlavə edib ki, Tramp və müşavirlərinin öz proqramlarını hazırlamaq hüququ var, lakin bu, pontifikin fikrincə, ABŞ-da bir çoxlarının bununla razılaşmayacağı bir sıra müddəaları ehtiva edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
ayna.az

1Источники