RU

Polşa Ukraynaya MiQ 29 təyyarələrini təhvil verməyi planlaşdırır

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Polşa istifadədən çıxarılan MiQ-29 təyyarələrinin qalan hissəsini Ukraynaya təhvil verməyi planlaşdırır və bunun müqabilində PUA və raket istehsalı ilə bağlı texnologiyalar alacağını gözləyir.

Turkustan.az xəbər verir ki, bu barədə Polşa Baş Qərargahı X sosial şəbəkəsində məlumat yayıb ."Bildirmək istərdik ki, Ukrayna ilə MİQ-29 təyyarələrinin təhvil verilməsi ilə bağlı danışıqlar aparılır. Təyyarənin təhvil verilməsi təyyarənin maksimum istismar müddətinə çatması və onların Polşa Silahlı Qüvvələrində sonrakı modernləşdirilməsi perspektivlərinin olmaması ilə əlaqədardır", - Polşa Ordusunun Baş Qərargahı bildirib.Eyni zamanda, onlar bu məsələ ilə bağlı yekun qərarın “hələ qəbul olunmadığını” qeyd ediblər.Polşa tərəfinin qeyd etdiyi kimi, təyyarənin təhvil verilməsi Alyansın Ukraynaya dəstək və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək siyasətinin bir hissəsi olacaq. İstismardan çıxarılan MİQ-29 təyyarələrinin tapşırıqlarını F-16 və FA-50 təyyarələrinin yerinə yetirəcəyi vurğulanır.

Aytən Yaşar/ Turkustan.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
1
icma.az

2Источники