RU

Domeniko Tedesko: Mən heç vaxt bu vəziyyətə görə ağlamaram

ain.az bildirir, Apasport saytına əsaslanaraq.

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Brann"la oyun öncəsi açıqlamalar verib.

Apasport.az xəbər verir ki, mütəxəssis sabahkı oyunda ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçunun olacağını bildirib: 

"Mən gənc məşqçiyəm, amma bu sahədə özümü təcrübəli hiss edirəm. Bu, mənim 800-cü mətbuat konfransım ola bilər. Məşqçinin işi vəziyyətə uyğun hərəkət etməkdir. Məsələn, "Ferencvaroş" matçında çoxlu boşluqlarımız oldu. Bu vəziyyətin həlli yollarını tapmaq lazımdır. Komanda daxilində ən yaxşı həlli tapmalıyıq. Asensio sabah əzələ problemi səbəbindən olmayacaq. Alvarezin də biləyində ağrı var. Şimanski dizində problem hiss edir. Bartuğ ümumiyyətlə siyahıda yer almayıb. Sabah ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçumuz olacaq. Amma mən heç vaxt bu vəziyyətə görə ağlamaram". 

Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtilə 00:00-da start götürəcək. 

“İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi

Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"

Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ

“Beşiktaş” azarkeşləri “Trabzonspor”la matça buraxılmayacaq

Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
83
1
apasport.az

2Источники