RU

Mərakeşin Fes şəhərində iki yaşayış binasının çökməsi nəticəsində 19 nəfər ölüb

Qahirə, 10 dekabr, AZƏRTAC

Mərakeşin Fes şəhərində yanaşı yerləşən iki yaşayış binasının çökməsi nəticəsində 19 nəfər ölüb, 16 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə gecə baş verib və sözügedən binalarda 8 ailə yaşayırdı.

Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Aidiyyəti qurumlar axtarış-xilasetmə işlərinə başlayıb, bütün lazımi tədbirlər görülür. Yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
129
20
azertag.az

10Источники