RU

Millimiz Almaniya ilə eyni qrupda

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
 
11 noyabr 2026-cı il
Almaniya – Azərbaycan
 
14 noyabr
Şimali İrlandiya – Azərbaycan
 
17 noyabr
Litva – Azərbaycan
 
Qeyd: Qrupun oyunları Almaniyada keçiriləcək.

Избранный
16
7
idmanxeber.az

10Источники