RU

Gürcüstan Avropa Komissiyasının sammitində təmsil olunmayıb

Tbilisi, 10 dekabr, AZƏRTAC

Gürcüstan Avropa Komissiyasının (AK) əlaqələr üzrə keçirdiyi sammitdə təmsil olunmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib. Kobaxidzenin sözlərinə görə, AK-nın toplantısında beş Mərkəzi Asiya və iki Cənubi Qafqaz ölkəsi iştirak edib, lakin Gürcüstan dəvət edilməyib. Baş nazir bildirib ki, Avropa Komissiyası həmin ölkələr arasında Gürcüstanı “ən qeyri-demokratik ölkə” hesab edib və bunun nəticəsində Gürcüstan yalnız səfir səviyyəsində iştirak hüququna malik olub. Baş nazir bu yanaşmanı “qeyri-ciddi” adlandırıb və Avropa bürokratiyasında yaranmış vəziyyətin ölkənin inkişaf prosesinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

“Sammit Avropa Komissiyasının himayəsi altında keçirilib və Gürcüstanın dəvət olunmaması ağır vəziyyətin göstəricisidir. Ümid edirik ki, gələcəkdə bu çətin vəziyyət dəyişəcək və ölkəmiz layiq olduğu şəkildə təmsil olunacaq”, – deyə Kobaxidze qeyd edib. Baş nazir Avropa İttifaqındakı çətin vəziyyətlə bağlı optimist olduğunu və Gürcüstanın əməkdaşlıq perspektivlərinin qorunmasını vacib saydığını bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
24
azertag.az

1Источники