Rays Universitetinin qadın futbol komandasının üzvü Kler Treysi 19 yaşında dünyasını dəyişib.
Msport.az xəbər verir ki, Treysi dekabrın 7-də vəfat edib.
Onun ölümünün səbəbi açıqlanmayıb. Treysinin cəsədinin universitetdən 2 blok aralıda, bir yaşayış kompleksində tapıldığı bildirilir.
Qeyd edək ki, 2024-cü ilin payızından Viskonsin ştatının Menomonee Falls şəhərindən Rays Universitetində oxuyan Treysi məktəb rəsmilərinin dediyinə görə, fəal tələbə və liseyini çoxsaylı çempionluq titullarına aparan istedadlı bir idmançı olub.