RU

Lənkəranda avtomobil 13 yaşlı məktəblini vurdu

Lənkəranda avtomobil piyadanı vurub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona ilkin tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
57
7
nocomment.az

10Источники