İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Briqadasının üç hərbçisi Pakistanla sərhəd bölgəsi Sistan-Bəlucistan əyalətində keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, SEPAH hərbçiləri ölümlə nəticələnən qarşıdurma baş verən zaman dövlət sərhədinin təhlükəsizliyini təmin etmək missiyasını yerinə yetiriblər.