RU

Dırnaqlar buna görə qırılır

Dırnaqların tez-tez qırılması həm xarici, həm də daxili faktorlarla bağlı ola bilər.


Pravda.az bildirir ki, quru hava, kimyəvi maddələrlə təmas, vitamin çatışmazlığı və kosmetik müdaxilələr dırnaqları zəiflədir və qırılmanı artırır.


Mütəxəssislərin sözlərinə görə, dəmir, sink, biotin, zülal və B vitamini çatışmazlığı dırnaq strukturunu zəiflədir. Tez-tez su və təmizləyici maddələrlə təmas da dırnağın təbii qoruyucu qatını zədələyir. Davamlı dırnaq boyası, aseton və süni dırnaq istifadəsi isə dırnağın nəfəs almasını çətinləşdirir və qurumağa səbəb olur.


Dırnaq qırılmasına qarşı nə etmək olar?

Vitamin və minerallarla zəngin, balanslı qidalanma

Təmizlik zamanı qoruyucu əlcəkdən istifadə

Dırnaq və kütikulanı mütəmadi nəmləndirmək

Aseton və ağır kosmetik məhsullardan minimum istifadə

Dırnağı çox uzun saxlamamaq və yumşaq şəkildə formaya salmaq


Bütün tədbirlərə baxmayaraq dırnaqlar davamlı şəkildə qırılırsa, bu, vitamin çatışmazlığı və ya hormonal problemlərin əlaməti ola bilər. Bu halda dermatoloqa müraciət etmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 10 Dekabr 2025, 16:44   
Избранный
40
pravda.az

1Источники