RU

İqtisadçı: Qarabağda isitfadəyə verilən hava limanları regionun iqtisadi inkişaf dinamizmini gücləndirəcək

Bakı,10 dekabr, AZƏRTAC

Qarabağda istifadəyə verilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları regionun iqtisadi xəritəsini tamamilə dəyişdirən infrastruktura çevrilir.

İqtisadçı Kamran Hacıyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, bu hava limanları həm bərpa proseslərinin sürətləndirilməsi, həm də dövlət və özəl sektor üçün logistika xərclərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“İnşaat materiallarının, avadanlıqların və texnikanın hava yolu ilə daha operativ çatdırılması infrastruktur layihələrinin icrasını tezləşdirir və bölgədə biznesin qurulmasını daha əlçatan edir. Eyni zamanda, Qarabağın ölkənin digər iqtisadi mərkəzləri ilə hava əlaqəsinin qurulması regionun investisiya cəlbediciliyini artırır. Bu hava limanları turizm, kənd təsərrüfatı və ticarət sahələrində də yeni imkanlar yaradır. Füzuli hava limanı Şuşa və ətraf rayonlara turist axınının artmasına şərait yaratmaqla mədəni və ekoturizmin inkişafını dəstəkləyir. Zəngilan aeroportunun Zəngəzur dəhlizinə yaxın yerləşməsi bölgəni gələcəkdə mühüm tranzit qovşağına çevirir, çoxmodal logistika və sərhəd ticarətinin formalaşmasına geniş meydan açır. Laçın hava limanı isə Kəlbəcər-Laçın zonasının dağ və sağlamlıq turizmi, mineral sular, qış turizmi və yaylaq təsərrüfatı kimi sahələrdə kommersiya potensialını reallaşdırmaq üçün açar rol oynayır”, - deyə iqtisadçı əlavə edib.

Kamran Hacıyev, həmçinin vurğulayıb ki, uzunmüddətli perspektivdə bu üç hava limanının birgə fəaliyyəti Qarabağın iqtisadi inkişaf dinamizmini gücləndirəcək: “Yeni yollar, dəmir yolu bağlantıları və Zəngəzur dəhlizi ilə inteqrasiya nəticəsində bölgə tədricən yalnız bərpaolunan ərazi deyil, həm də ölkə üzrə strateji logistika və ticarət mərkəzinə çevriləcək. Hava yük daşımalarının artması, investisiya layihələrinin regiona daha asan yönəlməsi, sənaye və aqroparkların işə düşməsi Qarabağın iqtisadiyyatını çoxşaxəli strukturda formalaşdıracaq. Hava limanları Qarabağın uzunmüddətli dirçəlişinin, turizm potensialının və beynəlxalq ticarət imkanlarının əsas hərəkətverici qüvvəsidir”.

Избранный
31
1
azertag.az

2Источники