RU

“Amazon Ring”in yeni funksiyası aktivləşdirilib  

“Amazon” şirkəti “Ring” qapı zəngləri üçün yeni və mübahisəli “Familiar Faces” adlı üz tanıma funksiyasını istifadəyə verib. Yeni funksiya sayəsində qapıya gələn şəxslərin kimliyi müəyyənləşdirilərək fərdiləşdirilmiş bildirişlər göndərilir. Bu funksiya bəzi qurumlar tərəfindən məxfilik səbəbi ilə tənqid olunub.

Kataloqa maksimum 50 nəfərin üzü əlavə edilə bilər. Mütəmadi gələn şəxslər bu siyahıya daxil edilə bilər. Adları tətbiqdə qeyd edilən şəxslər qapıya yaxınlaşan zaman “Qapıda naməlum şəxs” əvəzinə, “ (Ad) qapıdadır” kimi bildiriş göndərəcək. Siyahı redaktə oluna və ya silinə bilər.

Funksiya tətbiqin ayarlarından istifadəçi tərəfindən aktiv edilir.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Избранный
24
azerbaijan-news.az

1Источники