RU

ABŞ döyüş təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar həyata keçirib

ABŞ və Venesuela arasında gərginlik davam edərkən, Amerika döyüş təyyarələri Cənubi Amerika ölkəsinin hava məkanı yaxınlığında görüntülənib.

ABŞ Venesuela sərhədi yaxınlığında "müntəzəm təlim uçuşu" həyata keçirdiyini açıqlayıb.

Uçuş izləmə məlumatlarına görə, ABŞ-a məxsus iki F/A-18 döyüş təyyarəsi Venesuela hava məkanı yaxınlığında 30 dəqiqədən çox uçub.

Adının açıqlanmasını istəməyən ABŞ müdafiə rəsmisi bildirib ki, iki F/A-18 bölgədə “müntəzəm təlim uçuşları” həyata keçirir .

Избранный
47
2
aznews.az

4Источники