RU

Zelenskiyə son zərbə : Kiyevə mesaj göndərildi İnanılmaz təhdid

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gərginliyin artdığı müşahidə olunur. Tramp Ukrayna liderini nizamlanma şərtlərini qəbul etməməkdə günahlandıraraq kəskin mesaj göndərib.

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində paylaşım edib. Filippot yazıb ki, Trampın açıqlamaları Zelenskiyə “son zərbə” kimi qiymətləndirilə bilər və Amerika lideri eyni zamanda Avropa ölkələrinə də ciddi xəbərdarlıq edib.

Globalinfo.az-a danışan politoloq Fuad Heydər deyib ki, Donald Tramp prezident seçildikdən sonra qarşısına qoyduğu hədəflərdən biri, hətta ən önəmlisi Rusiya–Ukrayna müharibəsini bitirmək idi:

“Co Baydenin prezidentliyi dövründə həm Ukraynanın, həm də prezident Volodimir Zelenskinin mövqeyi çox yaxşı idi. Ukrayna lideri Vaşinqtonun və Qərbin dəstəyinə arxalanaraq müharibəni davam etdirməyə maraq göstərirdi. Lakin hazırda vəziyyət əsaslı surətdə dəyişib. Belə ki, Tramp heç də Bayden kimi düşünmür. O, müharibənin birmənalı şəkildə bitməsini istəyir. Hətta ABŞ-ın Kiyevə verdiyi yardımların bir çoxu artıq dayandırılıb, tətbiq edilən güzəştlər aradan qalxıb.

Reallıq budur ki, Zelenski üçün Trampın təklif etdiyi sülh sazişi qəbul edilməzdir. Bu, Ukrayna maraqlarına uymadığı kimi, onun yenidən prezident seçilməsinə də maneə təşkil edir. Lakin Ağ Evin planı hər şeydən öncə Ukraynanın ərazi güzəşti hesabına sülhə getməsi deməkdir. Bu da Rusiyanın qələbəsi mənasına gəlir.

Təqdim edilən sənəd heç bir halda sülh sazişi deyil, kapitulyasiya aktıdır. Haqlı olaraq Zelenski Trampın Rusiya maraqlarını daha çox nəzərə aldığını, hətta Rusiya Prezidenti Vladimir Putini qoruduğunu düşünür. Nəticə olaraq ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin gözlənilmədiyini demək mümkündür. Mövcud şərtlər sülhə uyğun deyil. Zelenski hazırkı vəziyyəti öz lehinə çevirmək istəyir. Rusiya isə ambisiyalarından geri durmur”.

Fuad Heydər 

Politoloq bildirib ki, Zelenski çətin seçim qarşısındadır:

“O, ya sülh sazişini imzalayıb Ukrayna xalqı önündə hesabat verəcək, ya da sülhə yanaşmayıb müharibənin qeyri-müəyyən gedişi ilə barışacaq. Tramp hətta Zelenskini hakimiyyətdə qalmaq üçün müharibəni uzatmaqda ittiham edir. Əslində bu, bəsit ifadə deyil. Fikrimcə, Tramp Zelenskiyə ciddi xəbərdarlıq edir. Ukrayna prezidenti israrlı olar və sülhə yanaşmazsa, ölkəsinin Suriyanın taleyini bölüşmə ehtimalı da var. Yəni yaxın müddətdə Ukraynada alternativ güclərin Zelenskiyə qarşı gəlməsinin şahidi ola bilərik”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
50
globalinfo.az

10Источники