RU

Sabunçuda ər arvadına xəsarət yetirdi

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin oktyabrın 16-da  rayonun Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Ağcabədi rayon sakini, 1978-ci il təvəllüdlü Əfqan həmin gün saat 18 radələrində yaşadıqları evin yataq otağında həyat yoldaşı Xalidənin onunla kobud danışması səbəbindən mübahisə edib. Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı o, şillə ilə qadının üz nahiyəsindən iki dəfə vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
demokrat.az

1Источники