RU

Kiprdən İsrailə gedən təyyarə istiqamətini dəyişməyə məcbur olub

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiprdən İsrailə gedən təyyarə fırtınalı hava şəraiti səbəbindən istiqamətini dəyişməyə və Livan hava məkanından uçmağa məcbur olub.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat verib.

Yunanıstanın Egey Hava Yollarına məxsus təyyarə sərnişinlərin təhlükəsizliyi üçün istiqamətini dəyişib. Təyyarə Livan hava məkanını tərk etdikdən sonra uçuşun məsuliyyəti İsrail Hava Nəqliyyatı Nəzarətinə verilib.

İsrailin "Kanal 12 TV"nin məlumatına görə, Larnakadan yola düşən sərnişinlər Livan hava məkanında olduqlarından xəbərsiz olublar.

Bayron fırtınasının İsraildə 10 dekabr axşamı pik həddə çatacağı gözlənilir. Hermon dağına artıq qar yağıb. Növbəti 24 saat ərzində ölkə daxilində yağış gözlənilir. Sakinlərə daşqın riski barədə xəbərdarlıq edilib.

Energetika Nazirliyi fasiləsiz elektrik və su təchizatını təmin etmək üçün fırtınaya hazırlıq məqsədilə vəziyyətin qiymətləndirilməsi aparıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
72
icma.az

1Источники