RU

Güneyli milli fəallar aclıq aksiyasının 46 cı günündə

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Güneyli milli fəallar aclıq aksiyasının 46-cı günündədirlər.

Güney Azərbaycanlı milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi fars-molla rejimi tərəfindən qanunsuz yerə həbs edilmələrinə və eyni zamanda həbsxanada hüquqlarının pozulmasına və rejim tərəfindən məruz qaldıqları təzyiqlərə etiraz olaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirirlər. Onlar rejim əleyhinə fəaliyyət göstərmək, rejimə müxalif qruplaşmalara üzv olmaq, İ

randa daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq kimi ittihamlarla mühakimə edilərək, 5 il yarım, 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tahir Nəqəvi eyni zamanda vəkildir və Almaniyada yaşayan, oyuna gətirilib də, İran rejimi tərəfindən həbs edilərək, haqsız yerə illərlə həbsdə saxlanılan və nəhayət ki, bu il azad edilən Azərbaycan vətəndaşı Fərid Səfərlini müdaifə edən vəkillərdən biridir. Məhz bu səbəbdən, həmçinin Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarını müdafiə etdiyi üçün onun vəkillik lisenziyası dondurulub.

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
8
icma.az

9Источники