RU

Ağdam şəhərində daxili yolların ümumi uzunluğu 190 kilometr təşkil edəcək

Ağdam

Ağdam, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edəcək.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Məmməd Məmmədov deyib.

O bildirib ki, Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometr olacaq. Yolun torpaq yatağının eni 55-60 metr təşkil edəcək və 6-8 hərəkət zolağından ibarət olacaq. Yolların 50 kilometr hissəsində hərəkət zolaqlarının sayı 4 olmaqla, torpaq yatağının eni 34-40 metr, 122,2 kilometr hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla, torpaq yatağının eni 20-24 metr təşkil edəcək. Artıq ikinti işlərinə başlanılıb.

Birinci mərhələ üzrə avtomobil yolunun 58,7 kilometr hissəsinin tikintisi nəzərdə tutulur. Ümumilikdə isə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Избранный
194
49
azertag.az

10Источники