RU

İƏİT ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın illər ərzində davamlı inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, iqtisadi diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı, xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş işlər tərəfdaşlığın praktiki nəticələridir. Müxtəlif formatlarda keçirilən vebinar, seminar və yüksəksəviyyəli görüşlərin tərəfdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Избранный
45
4
azerbaijan-news.az

6Источники