RU

Tramp, Makron, Merz və Starmer arasında Ukrayna ilə bağlı telefon danışığı olub

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məlumat verib."Dörd dövlət və hökumət başçısı Ukraynada atəşkəs danışıqlarının vəziyyətini müzakirə ediblər . Onlar razılaşıblar ki, bu, Ukrayna və Avro-Atlantik regionda ümumi təhlükəsizlik üçün həlledici məqamdır", - sözçü bildirib.

O əlavə edib ki, yaxın günlərdə sülh planı üzərində intensiv iş davam etdiriləcək.

Aytən Yaşar/ Turkustan.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

2Источники