“Energoatom” korrupsiya qalmaqalının əsas simalarından biri olan Timur Mindiçə İsraildə sui-qəsd cəhdi olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə iş adamı İqor Kolomoyski məlumat verib.
O, sui-qəsdə cəhd edənlərin həbs olunduğunu bildirsə də, detallar barədə danışmayıb.
Qeyd edək ki, Zelenskinin yaxın dostu və iş ortağı Timur Mindiç 100 milyon dollarlıq rüşvət sxemi təşkil etməkdə ittiham olunur.