RU

"Atalanta"nın ulduzu İspaniya nəhənginin hədəfində

“Atalanta”nın önəmli yarımmüdafiəçilərindən biri olan Ederson “Barselona”nın transfer siyahısına düşüb.

Fanat.Az xəbər verir ki, “365 Scores” nəşri kataloniya klubunun braziliyalı orta sahə oyunçusunu izlədiyini yazıb.

“Barselona” heyətini gücləndirmək üçün yeni dinamika və fizikalı yarımmüdafiəçi axtarır, Ederson isə bu profilə uyğun əsas namizədlərdən biri hesab olunur. “Atalanta” futbolçunu satmaqda tələsməsə də, yüksək təklif gəldiyi halda danışıqlara açıq ola bilər.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm 15 matçda 1 qolla yadda qalıb.

Kamil Xudiyev 

Избранный
56
1
fanat.az

2Источники