RU

"Təəccüblənirəm ki, bizdə belə güc var idi" - "Ayaks"ın baş məşqçisi

"Ayaks" Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ”ı məğlub etdi - 2:4.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Fred Qrim iştirak edib.

⁃ Çox gözəl oyun oldu. Qarşı tərəf də keyfiyyətli qol vurdu. Şansları çox oldu. Fasilədən sonra daha yaxşı oynadıq. Nəticə olaraq qələbə qazandıq.

⁃ Nəyə görə qələbə qazandız?
⁃ Bu, bizdən asılı idi. Yaxşı formatdan istifadə etdik. İstədiyimiz oyunu göstərə bildik. Daha yaxşı ola bilərdi.

⁃ “Ayaks”ın belə geridönüşlə qələbəsi olub?
⁃ Təəccüblənirəm ki, bizdə belə güc var idi. Çox məmnun oldum.

⁃ “Ayaks” futbolçuları çox yıxılırdı…
⁃ Bəli. Ola bilər ki, “Qarabağ” bu ot örtüyünə öyrəşib. Əsas odu ki, qələbə qazandıq.

⁃ Qayın qolundan sonra nə hiss etdiz?
⁃ Çox sevindim. Yaxşı oynadı.

⁃ İlk qələbəni necə qeyd etdiz?
⁃ Çox böyük sevinclə. Azarkeşlər də bizə əla dəstək oldu.

⁃ Son 10 dəqiqədə 3 qol vurduz. “Qarabağ”ı hansı komponentdə üstələdiz?
⁃ Komanda yaxşı təşkil olunmuşdu. Buna inanırdıq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
83
1
football-plus.az

2Источники