RU

Makron bu şəxslərə sosial şəbəkələri qadağan edir

Fransa Prezidenti Emmanuel Makron 15 və ya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu düşünür. 

"Unikal" xəbər verir ki, Fransa dövlət başçısının sözlərinə görə, bütün sosial media platformalarında məcburi yaş təsdiqlənməsi tətbiq olunacaq və minimum yaş həddi 15 və ya 16 olaraq müəyyən ediləcək. Bu yaşdan kiçik uşaqlar və yeniyetmələr sosial mediadan istifadə edə bilməyəcəklər.

Makron qeyd edib ki, hökumət gələn ilin əvvəlində müvafiq qanun layihəsini təqdim edəcək və 2027-ci ildə prezidentlik müddəti bitməzdən əvvəl onun qəbul edilməsini təmin etmək niyyətində olduğunu vurğulayıb.

Избранный
28
2
unikal.az

3Источники