Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin inkişafına, müxtəlif sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk.