RU

Kərim Benzema Səudiyyə Ərəbistanı klubundan ayrılacaq

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema gələn yay Səudiyyə Ərəbistanı klubundan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato"məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi 37 yaşlı futbolçunun müqaviləsini yeniləməmək qərarına gəlib.

Tərəflər arasında mövcud anlaşma 2026-cı ilin yayına qədərdir. Benzema "Əl-İttihad"a 2023-cü ildə qoşulub.

Qeyd edək ki, fransalı hücumçu cari mövsümdə meydana çıxdığı 12 matçda 11 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
sport24.az

1Источники