RU

ABŞ Federal Ehtiyat Sistemi ardıcıl üçüncü dəfə faiz dərəcəsini endirib

FES 2026-cı ildə cəmi bir dəfə əlavə endirim gözləyir, qərar isə son illərin ən çox etirazla müşayiət olunan səsverməsi olub…

Poliqon xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FES) ardıcıl üçüncü dəfə əsas faiz dərəcəsini azaldıb və 2026-cı ildə cəmi bir dəfə əlavə endirim proqnozunu qüvvədə saxlayıb. Bloomberg Agentliyinin məlumatına görə, Federal Açıq Bazar Komitəsi baza faiz dərəcəsinin 3,5–3,75 faiz aralığına endirilməsi barədə qərarı 9 “lehinə”, 3 “əleyhinə” səslə qəbul edib.

Chicago Federal Ehtiyat Bankının rəhbəri Ostin Qulsbi və Kansas-Siti bankının prezidenti Ceff Şmid qərarın əleyhinə səs verərək, dərəcənin dəyişməz saxlanılmasını müdafiə ediblər. Prezident Donald Trampın sentyabrda FES rəhbərliyinə təyin etdiyi üzv Stiven Miran isə daha kəskin, yarım faiz bəndi həcmində endirimə üstünlük verərək yenidən narazılığını bildirib.

Bu nəticə 2019-cu ildən bəri ilk dəfə üç yüksəkvəzifəli FES rəsmisinin siyasi qərara qarşı çıxması ilə tarixə düşüb. Üstəlik, etiraz edənlər arasında həm mövcud endirimin tərəfdarları, həm də ona qarşı olanlar var ki, bu da siyasətçilər arasında ABŞ iqtisadiyyatı üçün əsas riskin nə olduğu, əmək bazarındakı zəiflik, yoxsa davamlı inflyasiya məsələsində ciddi fikir ayrılığı olduğunu göstərir.

Qərardan sonra S&P 500 indeksi yüksəlib, ABŞ xəzinə istiqrazlarının gəlirliliyi və dollar isə zəifləyib. Bloomberg qeyd edir ki, maliyyə bazarlarında 2026-cı il üzrə faiz endirimi gözləntilərində ciddi dəyişiklik müşahidə olunmayıb.

Poliqon.info

Избранный
134
poliqon.info

1Источники