RU

Goranboyda iki nəfəri bıçaqlayan gənc tutuldu

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az-ın Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Məmmədova və V. İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir

***23:22

Goranboyda bıçaqlanma olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Azad kəndində qeydə alınıb.

Kənd sakini 1996-cı il təvəllüdlü Adil Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Məmmədov qonşusu 2003-cü il təvəllüdlü İlkin Cəfərov tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Избранный
26
4
nocomment.az

10Источники