RU

Tramp Kolumbiya Prezidentini hədələdi: "Onun növbəsi çatır"

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Kolumbiya Prezidenti Qustavo Petronun " lazımi tədbirlər görməyəcəyi halda, Vaşinqtonun narkotik qaçaqmalçılığına qarşı mübarizəsində növbəti olacağı" ilə təhdid edib.

Amerika liderinin sözlərini "Politiko" (Politico) nəşri dərc edib.

"Kolumbiya çoxlu narkotik istehsal edir. Orada kokain fabrikləri var və onlar onu ABŞ-a satırlar", - deyə Tramp bildirib.

ABŞ Prezidenti deyib: "Petronun ağlını başına yığması yaxşı olar. Tezliklə növbə ona çatacaq. ümidvaram, məni eşidər".

Hürr Tərcüman

Избранный
37
1
hurriyyet.az

2Источники