RU

Tovuzda idarəetmədən çıxan VAZ yol kənarındakı dörd maşını əzdi - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan VAZ-2107 markalı minik maşını idarəetmədən çıxıb.
 
Nəticədə VAZ-2107 yol kənarında dayanan iki "Mercedes-Benz"ə, VAZ-21011 və "Chevrolet"ə çırpılıb.
 
Qəza zamanı VAZ-2107-nin sürücüsü xəsarət alıb.
 
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
33
16
moderator.az

10Источники