RU

İstanbulda evdə yanğın olub, 3 uşaq ölüb

İstanbulun Fevzi Çakmak məhəlləsinin Umman küçəsində yerləşən 2 mərtəbəli binanın girişindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım heyətləri cəlb olunub.

Yanğın zamanı sakinlər tərəfindən evdən çıxarılan 4 uşaq təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar xidmətinin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və söndürülüb.

Xəstəxanaya yerləşdirilən uşaqlardan 3-nün həyatını itirdiyi, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, uşaqların anası yanğın baş verən vaxt evdə olmayıb.

Избранный
5
9
operativmm.az

10Источники