RU

Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Başnaziri, eyni zamanda, xarici və diaspora işləri naziri MusaliaMudavadi ilə görüşüb.

Səfirlikdən Trend-ə bildirilib ki, görüşdə iki ölkəmünasibətlərinin cari ildəki inkişafının dinamikasından razılıqifadə olunub və il ərzində baş tutan yüksək səviyyəli intensivsəfərlərin ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığıngücləndirilməsinə mühüm töhfə olduğu qeyd olunub.

Baş nazir M.Mudavadi Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoarasında cari ilin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakımənzil-qərargahında keçirilən görüşün və liderlər arasında səmimimünasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O,cari ildə xarici işlər nazirlikləri arasında baş tutan ilk siyasiməsləhətləşmələrin, ardınca, xarici işlər naziri Ceyhun BayramovunKeniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə vacib mərhələolduğunu dilə gətirib.

Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimumbəhrələnməyin vacibliyini qeyd edən səfir Sultan Hacıyev cari ildəenerji, İKT, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiarxidmət və təhsil sahələrində əldə olunan nəticələri qeyd edib. O,həmçinin bildirib ki, Azərbaycanın “ADA” Universiteti ilə KeniyanınXarici və Diaspora İşləri Nazirliyinin Xarici Xidmət Akademiyasıarasında imzalanan Anlaşma Memorandumunun diplomatik xidmətorqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeniimkanlar yaradır.

Səfir 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcəkWUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlərbarədə həmsöhbətini məlumatlandırıb. O, Forum tarixində ilk dəfəolaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşününkeçiriləcəyini diqqətə çatdırıb. Qlobal şəhərsalma çempionu olaraqqəbul edilən Azərbaycan və Keniyanın dayanıqlı şəhərsalma və iqlimsahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, o cümlədənCOP-WUF platformaları arasında bu proseslər üzrə əlaqəningücləndirilməsi fəaliyyətində WUF13-ün sıx işbirliyi fürsətiolacağı vurğulanıb.

Görüşdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramıçərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, HeydərƏliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa YardımAgentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlargöstərməsinin xalqların dostluq münasibətlərininmöhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Избранный
36
4
az.trend.az

5Источники