RU

“Buraxdığımız iki qoldan sonra motivasiyamız düşdü” – Elvin Cəfərquliyev

“Oyuna yaxşı başladıq, üstünlük bizdə idi. Amma hücuma çıxanda bəzi səhvlər etdik. Bu tip oyunlarda ani səhvlər qapıda qol ilə yekunlaşır və biz də bunun acısını yaşadıq. Nəticədə qapımızda toplar gördük. Buraxdığımız iki qoldan sonra motivasiyamız düşdü. Üçüncü qol isə oyunun qırılma anı oldu. Qələbə qazanmağı çox istəyirdik, təəssüf ki, bacarmadıq. Qaçırdığımız qol şansları da bizi məğlubiyyətə gətirib çıxardı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Ayaks” oyunu (2:4) sonrası deyib. O, əvəzetmələrə də münasibət bildirib:

“Əvəzetmələrə qarışmağım düzgün olmaz, bu, baş məşqçinin işidir. Qol imkanlarımız oldu, yararlana bilmədik. İtiriləcək bir şeyimiz yoxdur, əlimizdən gələni edəcəyik ki, növbəti iki oyundan maksimum yararlanaq və növbəti mərhələyə keçək”.

Избранный
5
idmanxeber.az

1Источники