Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir yaxın zamanda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb: Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əl-Şeyx, Əbu-Dabi, Danimarka, Gürcüstan.
O, balanslaşdırılmış xarici siyasətin reallıq olduğunu vurğulayıb:
"Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana gedib. Mən də əminəm ki, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətləri İrəvana gələcək. O cümlədən, 2025-ci ildə Azərbaycandan keçməklə Ermənistan Respublikasına ilk qatar daxil oldu. Mətbuatda oxuyuram ki, neft məhsullarının idxalı məsələsi də müzakirə edilir, yəni bu, balanslaşdırılmış xarici siyasətdir, hər şeydən əvvəl uğurlarımız var". (globalinfo)