RU

Yanvar noyabr aylarında 49,4 min şəxsə əlillik təyin olunub

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində 49,4 min şəxsə əlillik təyin edilib.

Onlardan 22,8 min şəxsə ilkin, 26,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
15
xalqqazeti.az

10Источники