Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya paytaxtına səfər edə bilməyib.
ACJ319 təyyarəsi dron hücumu səbəbilə bağlanan hava məkanına görə Moskvaya enə bilməyib.
Telegram kanalı "Baza"nın məlumatına görə, təyyarə təxminən bir saat Tver bölgəsi üzərində dövrə vuraraq icazə gözləsə də, Moskvaya eniş icazəsi əldə olunmayıb. Nəticədə təyyarə Sankt-Peterburqa yönləndirilib və orada saat 01:00 radələrində eniş edib.
Paşinyan daha əvvəl Hamburqda jurnalistlərə bildirib ki, Almaniyaya səfərindən sonra 11-12 dekabr tarixlərində keçiriləcək Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurası iclasında iştirak etmək üçün Moskvaya gedəcək. Baş nazir vurğulayıb ki, Avropa Birliyi ilə münasibətləri dərinləşdirirlər və Moskvaya səfərdə heç bir problem yoxdur.