RU

Dənizdə itkin düşən balıqçıların axtarışları davam etdirilir - FHN

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşamsaatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçıitkin düşüb.

Hadisə ilə bağlı FHN-dən Trend-ə bildirilib ki, hazırda itkin düşdüyü ehtimalolunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləritərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizəçıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlüTuran Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohumolduqları bildirilir.

Избранный
10
4
az.trend.az

8Источники