RU

Bakı ilə ərazi iddiasını, gəlin, belə həll edək Paşinyan yol tapdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Sülh müqaviləsini imzalamaq üçün heç bir şərtimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycan düşünürsə ki, Konstitusiyamızda ərazi iddiaları var, bu məsələni ən qısa yol həll etmək üçün sülh sazişi imzalamaq lazımdır. Çünki sülh sazişi imzalananda biz qanunvericiliyimizə uyğun olaraq bunu Konstitusiya Məhkəməsinə göndərməliyik ki, məhkəmə həmin sazişin Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlasın”, – Paşinyan bildirib.

O qeyd edib ki, hazırda Ermənistan xalqına “gəlin, Konstitusiyanı dəyişək” demək üçün legitimliyə malik deyil:

“Xalq mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməmiz qərar verdi ki, Almatı Bəyannaməsi Konstitusiyamıza uyğundur, bəs onda niyə Konstitusiyanı dəyişək?”

Paşinyan əlavə edib ki, Azərbaycanla Konstitusiya dəyişikliyi məsələsini müzakirə etmir, çünki bu, Ermənistanın daxili işidir.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
globalinfo.az

1Источники