RU

Avropa İttifaqı Belçikanı təhdid etdi

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 210 milyard avro ayırması üzrə plana mane olan Belçikanın Baş naziri Bart de Veverə təzyiqləri gücləndirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

De Vever əlavə maliyyə təminatları tələb edir. O, sanksiyaların ləğv olunacağı təqdirdə Belçikanın Rusiyaya borclu qalacağından narahatdır.

Diplomatların sözlərinə görə, Aİ-nin “səbri daşmaq üzrədir”: Belçikanı xəbərdar edirlər ki, blokadanın davam edəcəyi təqdirdə ona da Viktor Orbanın Macarıstanı kimi əhəmiyyət verilməyəcək.

Bu halda Brüssel nüfuzunu itirəcək, onun Aİ büdcəsindən tələbləri təxirə salına, nazirlər və liderlər səviyyəsində səs hüququ ləğv oluna bilər.

Избранный
48
konkret.az

1Источники