RU

Çempionlar Liqası: 5 pley-offçu bəllidir

Çempionlar Liqasının pley-off mərhələsi üçün 5 komanda bəlli olub.

Msport.az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra daha üç pley-off iştirakçısı müəyyənləşib: PSJ, “Mançester Siti” və “Atalanta”.

Liqa mərhələnin altı turundan sonra komandaların hər birinin 13 xalı var. Onlar artıq ilk “24-lük”də yerlərini təmin ediblər. Bir gün əvvəl “Bavariya” pley-off mərhələsinə vəsiqə əldə etmiş, “Arsenal” isə bunu 5-ci turdan sonra reallaşdırmışdı.

Liqa mərhələsinin sonunda ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək, 9-dan 24-cü yerə qədər olan komandalar isə Çempionlar Liqasının pley-off mərhələsinin ilk mərhələsində oynayacaqlar.

“Atletik Bilbao”, “Olimpiakos”, “Brügge”, “Ayntraxt”, “Budyo Qlimt”, “Slaviya”, “Ayaks”, “Vilyarreal” və “Kayrat”ın artıq 1/8 finala çıxmaq şansı yoxdur.

Избранный
1
1
msport.az

2Источники