ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.Bildirilib ki, yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.