“Liverpul”dan ayrılacağı gözlənilən Məhəmməd Salah bir neçə klubun diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçiləri misirli hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçməyə başlayıb.
“Əl Nəsr”, “Əl Hilal”, “Əl İttihad”,”Əl Əhli” və “Əl Qadisiya” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı çempionatının rəhbərliyi oyunçunun mümkün transferi üçün klublara maliyyə yardımı ayırmağa hazırdır.
Salah özü Avropada qalmaq niyyətindədir.