RU

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

ain.az bildirir, Apa.az portalına istinadən.

Bu gün ABŞ-ın B-52 bombardmançıları Yaponiyanın F-35 və F-15 döyüş təyyarələri ilə Yapon dənizi üzərində birgə təlim uçuşları keçirib.

APA xəbər verir ki, bu barədə HKFP məlumat yayıb.

Məlumata görə, Tokio bunu son vaxtlar Çin və Rusiya hərbi təyyarələrinin regionda birgə uçuşlarına cavab olaraq güc nümayişi adlandırıb.

Yaponiyanın rəsmiləri bildirib ki, təlim hər iki ölkənin regiondakı status-kvonu zorla dəyişdirməyə cəhd edən hər hansı bir təşəbbüsə qarşı çıxmaq öhdəliyini təsdiqləyib.

Xatırladaq ki, bir qədər əvvəl iki Rusiya Tu-95 nüvə raketi daşıya bilən bombardmançısı iki Çin H-6 bombardmançı təyyarəsi ilə Şərqi Çin dənizi üzərində birləşərək Yaponiya ərazisinin ətrafında birgə uçuş həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
3
apa.az

4Источники