RU

Ərdoğanın Putinlə görüşü planlaşdırılıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Türkmənistanda görüşü planlaşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Bildirilir ki, Ərdoğan Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümünü və BMT Baş Assambleyası tərəfindən 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan olunması münasibəti ilə “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak üçün bu gün Türkmənistana səfər edəcək.

Səfər zamanı prezident Ərdoğan forumda çıxış edərək beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıqla bağlı qiymətləndirmələrini bölüşəcək.

Həmçinin, prezident Ərdoğanın forum münasibətilə əsasən ev sahibi Türkmənistan olmaqla iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
96
reyting.az

1Источники