RU

Türkiyə şirkəti Özbəkistanın avtomobil zavodunu satin aldı

Özbəkistanın Səmərqənd Avtomobil Zavodu (SamAuto) dövlətə məxsus 75,2%-lik payın özəlləşdirilməsi çərçivəsində Anadolu Group-a daxil olan Türkiyənin Anadolu Isuzu şirkətinə satılıb.

Bizim.Media özbək KİV-lərinə istinadla xəbər verir ki, 19 noyabrda 80 milyon ABŞ dolları məbləğində satınalma müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor müəssisənin inkişafı üçün əlavə 80 milyon dollar sərmayə qoymağı da öhdəsinə götürüb.

9 dekabrda 80 milyon dollarlıq ödəniş həyata keçirilib və bu məbləğ Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyinə daxil olub.

10 dekabrda isə 1 trln. sum (141 milyon dollardan çox) vəsait Respublika Büdcəsinə köçürülüb.

Sövdələşmənin başa çatması üçün Anadolu Isuzu şirkəti Türkiyə hakimiyyətindən bütün zəruri icazələri alıb. Yaxın günlərdə investorun öhdəliklərinin icrası üçün investisiya müqaviləsi də rəsmiləşdiriləcək.

Bizim.Media

Избранный
23
1
bizim.media

2Источники