RU

ÇL oyunundan sonra PSJ-nin avtobusuna hücum edildi

PSJ komandasını daşımaq üçün nəzərdə tutulmuş avtobus Çempionlar Liqasının 6-cı turunun “Atletik”lə Bilbaodakı oyundan (0:0) sonra zədələnib.

Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Avtobus otelin yanında dayandığı vaxt üzərinə daşlar atılıb. Hadisə baş verən anda futbolçular nəqliyyat vasitəsində olmayıb.

Qeyd edək ki, bu gün səhər Paris klubu oteldən hava limanına çatmaq üçün alternativ yoldan istifadə etmək məcburiyyətində qalıb.

Избранный
28
publika.az

1Источники