RU

Salahın yerini PSJ-li dolduracaq?

“Liverpul” Məhəmməd Salaha alternativ kimi PSJ-nin vingeri Bredli Barkolanı nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar hücum xəttini gücləndirmək üçün 23 yaşlı fransalı futbolçunu ən real namizəd hesab edir.

2023-cü ildən PSJ-də çıxış edən Barkola bu mövsüm 25 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Избранный
21
idmanxeber.az

1Источники